Böyük Britaniyada dizelin qiyməti tarixi maksimuma çatıb

Böyük Britaniyada dizelin qiyməti tarixi maksimuma çatıb

Tarix: 28 Sep 2026 15:39

Böyük Britaniyada dizel yanacağının orta qiyməti ABŞ-İran münaqişəsi fonunda tarixi maksimuma çatıb.

"APA-Economics"in məlumatına görə, bu barədə avtomobil xidmətləri şirkəti RAC məlumat yayıb.

RAC-ın məlumatına əsasən, ölkədə dizel yanacağının 1 litrinin orta qiyməti 1,9918 Britaniya funt sterlinqi təşkil edib. Bu, 2022-ci ilin iyununda qeydə alınmış əvvəlki rekord qiyməti - 1,9909 funt sterlinqi ötüb.

Beləliklə, 55 litrlik çənə malik ailə avtomobilinin yanacaq çəninin tam doldurulması təxminən 110 funt sterlinqə başa gəlir ki, bu da ABŞ-İran münaqişəsinin başlanğıcındakı göstəricidən 31 funt sterlinq çoxdur.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının 28 sentyabr 2026-cı il üçün rəsmi məzənnəsinə əsasən, 1 Britaniya funt sterlinqi 2,2514 manata bərabərdir.

Emil İsmayılov Böyük Britaniya dizel yanacağı ABŞ İran

Mənbə: apa.az

Xəbər Lenti