Cümə, 27 Mart, 2026
Tarix: 08 Dec 2023 17:45
Polşa, Çexiya və İrlandiya Xarici İşlər nazirlikləri (XİN) Azərbaycan və Ermənistanın birgə bəyanatını sülh yolunda vacib addım adlandırıb.
APA xəbər verir ki, bu barədə adıçəkilən ölkələrin Xarici İşlər nazirliklərinin "X" hesablarında paylaşımlar edilib.
"Polşa Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycanın və Ermənistanın saxlanılan erməni və azərbaycanlı hərbçilərin qarşılıqlı azadlığa buraxılması və digər etimad quruculuğu tədbirlərinə dair birgə bəyanatını alqışlayır. Bu, sülh sazişinin əldə edilməsi istiqamətində mühüm addımdır”, - Polşa XİN bildirib.
Çexiya XİN isə Azərbaycan və Ermənistan arasında bu müsbət tendensiyanın davam edəcəyinə ümidli olduğunu qeyd edib: “Biz 7 dekabr tarixli Ermənistan-Azərbaycan birgə bəyanatını alqışlayırıq. Bu, düzgün istiqamətdə atılmış mühüm addımdır. Bu müsbət tendensiyanın davam edəcəyinə əminik”.
İrlandiya XİN də birgə bəyanatı və saxlanılanların azad edilməsini normallaşma istiqamətində müsbət addım kimi qiymətləndirərək təqdir edib.