Çərşənbə, 30 Sentyabr, 2026
Tarix: 29 Sep 2026 10:33
Ağsuda ehtiyatsızlıqdan yanğın törədən şəxs saxlanılıb.
APA-nın Şirvan bürosu xəbər verir ki, sentyabrın 28-də Ağsu rayonunun Kalva kəndinin ərazisində yerləşən fermanın həyətində yanğın baş verib və yanğın yaxınlıqdakı meşə sahəsinə keçib. Nəticədə 30 hektar ərazidə ağac və kol-kos yanıb.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində ehtiyatsızlıqdan yanğın törədən 1 nəfər müəyyən edilərək saxlanılıb. Faktla araşdırma aparılır.
İlham Əhmədov Ağsu yanğın
Mənbə: apa.az