Kreml Trampın Rusiyaya qarşı sanksiyaların ləğvi ilə bağlı şərtini qəbul etmir

Kreml Trampın Rusiyaya qarşı sanksiyaların ləğvi ilə bağlı şərtini qəbul etmir

Tarix: 30 Sep 2026 14:06

Rusiya siyasi məhbusların azad edilməsi müqabilində Amerika sanksiyalarının mümkün yumşaldılması məsələsini ABŞ-la müzakirə etməyib.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiyada siyasi məhbus yoxdur.

“Bu, belə bir kontekstdə müzakirə edilə bilməzdi, çünki biz hər hansı siyasi məhbusun mövcudluğunu qəti şəkildə inkar edirik və məsələnin bu cür şərh edilməsinin tamamilə yersiz olduğuna inanırıq”, - Peskov vurğulayıb.

Kremlin sözçüsü, həmçinin, qeyd edib ki, iki ölkənin xüsusi xidmət orqanları əvvəllər baş vermiş “müxtəlif mübadilələr”lə bağlı müntəzəm əlaqə saxlamağa davam edirlər.

Fərid Əkbərov Kreml Peskov Tramp

Mənbə: apa.az

Xəbər Lenti