Çərşənbə, 30 Sentyabr, 2026
Tarix: 30 Sep 2026 15:06
Sabah Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) emissiya etdiyi, dəyişən faizli və AZİR (Banklararası Təminatsız Pul Bazarında İstinad Faiz Dərəcəsi) göstəricisinə indeksləşdirilmiş istiqrazlar üzrə son kupon ödənişi həyata keçiriləcək.
Bu barədə "APA-Economics"ə Milli Depozit Mərkəzindən (MDM) məlumat verilib.
Bildirilib ki, son kupon ödənişinin məbləği hər bir istiqraz üzrə 1 610 manat təşkil edəcək. Qeyd edək ki, dövlət qeydiyyat nömrəsi AZ2001028169 olan istiqrazlar üzrə son kupon ödənişi ilə yanaşı, hər bir qiymətli kağızın 100 000 manat məbləğində nominal dəyəri də ödəniləcək.
APA-Economics Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Milli Depozit MərkəziMənbə: apa.az