Bazar ertəsi, 2 Mart, 2026
Tarix: 02 Mar 2026 18:10
İsrail ordusu Livanda Hizbullah hədəflərinə qarşı hava zərbələri dalğasına başladığını bildirib.
APA xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri Hizbullaha qarşı bir neçə gün davam edəcək hərbi əməliyyatlara başlayıb. Baş Qərargah rəisi Eyal Zamir bildirib ki, İsrail bir neçə gün davam edəcək döyüşlərə hazırlaşmalıdır.
İlqar Xudiyev İsrail Hizbullah Livan