Ukrayna ordusu Rusiyaya dron zərbəsi endirib, 12 nəfər yaralanıb

Ukrayna ordusu Rusiyaya dron zərbəsi endirib, 12 nəfər yaralanıb

Tarix: 30 Sep 2026 13:54

Ukrayna ordusu Rusiyanın Bryansk vilayətinə dron hücumu edib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə vilayət qubernatoru Yeqor Kovalçuk bildirib.

Onun sözlərinə görə, dron hücumu nəticəsində yeddisi tələbə olmaqla 12 nəfər yaralanıb.

Kovalçuk qeyd edib ki, zərərçəkənlərdən birinin vəziyyəti ağırdır.

Fərid Əkbərov dron hücumu

Mənbə: apa.az

Xəbər Lenti