“PAŞA Sığorta” digər şirkətlərə investisiya qoyuluşunu müzakirə edəcək

“PAŞA Sığorta” digər şirkətlərə investisiya qoyuluşunu müzakirə edəcək

Tarix: 29 Sep 2026 11:18

Oktyabrın 26-da “PAŞA Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"APA-Economics" xəbər verir ki, yığıncağın gündəliyinə cəmiyyətin digər hüquqi şəxslərin nizamnamə kapitalına investisiya qoyuluşu ilə bağlı məsələ daxil edilib.

Yığıncaq “PAŞA Sığorta”nın inzibati binasında (“Sahil Plaza” biznes mərkəzi) baş tutacaq.

Rahim Tarıverdiyev PAŞA Sığorta şirkət investisiya qoyuluşu kapital sığorta

Mənbə: apa.az

Xəbər Lenti