Çərşənbə, 30 Sentyabr, 2026
Tarix: 29 Sep 2026 18:53
"Azərbaycan və Slovakiya arasında müdafiə və təhlükəsizlik sahələrində də əməkdaşlıq yüksək səviyyədədir".
APA xəbər verir ki, bunu Bakıda Slovakiya Respublikasının Konstitusiya Günü və Silahlı Qüvvələri Günü münasibətilə keçirilən qəbulda Slovakiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Elçin Qasımov deyib.
O bildirib ki, isveçli həmkarları ilə birlikdə Slovakiyanın Bakıdakı səfirliyi Azərbaycanda NATO-nun əlaqələndirici səfirliyi kimi fəaliyyətini davam etdirəcək: “Bu missiya bizim üçün şərəf və bizə göstərilən etimadın göstəricisidir. Bu, bizə Alyansla Azərbaycan arasında dialoqa fəal töhfə vermək, təhlükəsizlik və ictimai diplomatiya sahəsində tərəfdaşlığı dəstəkləmək, eyni zamanda ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da inkişafına töhfə vermək imkanı yaradır".
Səfir Slovakiya şirkətlərinin postmünaqişə dövründə azad edilmiş ərazilərin bərpasında iştirakını xatırladıb: “Bununla da Azərbaycan torpağında Slovakiyanın davamlı izi və irsi formalaşır. Həmçinin, tezliklə ölkələrimiz arasında birbaşa hava əlaqəsinin qurulacağından məmnunuq. Bu, ölkələrimizi daha da yaxınlaşdıracaq, insanlar, biznes nümayəndələri və tələbələr arasında əlaqələri asanlaşdıracaq".
Firuzə VahidMənbə: apa.az