Çərşənbə, 30 Sentyabr, 2026
Tarix: 29 Sep 2026 20:19
Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Tehranda səfərdə olan Azərbaycan nümayəndə heyəti İran Prezidenti Məsud Pezeşkian tərəfindən qəbul edilib.
APA xəbər verir ki, Baş nazirinin müavini İran Prezidentinə Prezident İlham Əliyevin salamlarını çatdırıb.Prezident Məsud Pezeşkian təşəkkürünü bildirib və öz növbəsində xoş arzularını ifadə edib.
Görüş zamanı xalqlarımız arasındakı ortaq tarixi və mədəni bağların ikitərəfli əlaqələrin inkişafı üçün möhkəm zəmin yaratdığı qeyd olunub, Azərbaycan və İran arasında dostluq və mehriban qonşuluq münasibətlərinin mövcud vəziyyəti yüksək qiymətləndirilib. İki ölkə arasında iqtisadiyyat, ticarət, nəqliyyat və enerji sahələrində əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə edib.
Regionda həyata keçirilən birgə layihələrin uğurla davam etdirilməsinin hər iki ölkənin və ümumilikdə bölgənin inkişafına mühüm töhfə verəcəyi vurğulanıb.




Mənbə: apa.az