“Bloomberg”: OPEC+ ölkələri neft hasilatı planını dəyişməyə bilər

“Bloomberg”: OPEC+ ölkələri neft hasilatı planını dəyişməyə bilər

Tarix: 30 Sep 2026 04:48

Könüllü hasilat məhdudiyyətlərində iştirak edən yeddi aparıcı OPEC+ ölkəsi noyabrda neft hasilatı üzrə mövcud plan göstəricilərini dəyişməyə bilər.

Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Rusiya, Səudiyyə Ərəbistanı, İraq, Qazaxıstan, Küveyt, Oman və Əlcəzair oktyabrın 4-də keçiriləcək görüşdə növbəti ay üçün hasilat səviyyəsinin dəyişdirilməməsini nəzərdə tutan mövcud yol xəritəsini təsdiqləyə bilərlər.

Bundan əvvəl yeddi ölkə oktyabrda neft hasilatını sentyabr səviyyəsində saxlamaq qərarına gəlib. Kompensasiyalar nəzərə alınmadan onların oktyabr üçün ümumi hasilat kvotası sutkada 31,01 milyon barel təşkil edir.

OPEC+ neft hasilat enerji bazarı

Mənbə: apa.az

Xəbər Lenti