Şənbə, 24 Oktyabr, 2026
Tarix: 30 Sep 2026 08:39
Nəsimi rayonunun bir sıra küçələrində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
"APA-Economics" xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar sentyabrın 30-da saat 10:00-dan işlər yekunlaşanadək rayonun A. Məhərrəmov, 20 Yanvar, M. Cəfərov və Cavadxan küçələrinin qaz təchizatında fasilə olacaq.
Emil İsmayılov Bakı qaz təchizatıMənbə: apa.az