Çərşənbə, 30 Sentyabr, 2026
Tarix: 30 Sep 2026 09:26
Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşlarının sağlamlıq vəziyyəti daim diqqətdə saxlanılır.
Bu barədə APA-ya FHN-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, xidmət tərəfindən təkcə Bakı şəhərində deyil, respublikanın digər şəhər və rayonlarında da mütəmadi olaraq dispanser müayinələr təşkil olunur, peşəkar həkimlər tərəfindən əməkdaşların sağlamlıq vəziyyəti qiymətləndirilərək müvafiq tədbirlər görülür.
Növbəti belə müayinə 14-26 sentyabr 2026-cı il tarixlərində FHN Tibb Xidmətinin Hospitalı tərəfindən Nazirliyin Cənub Regional Mərkəzində təşkil olunub.
Yüksək ixtisaslı həkim-mütəxəssislər tərəfindən aparılan tibbi müayinələr çərçivəsində Nazirliyin cənub bölgəsində fəaliyyət göstərən yerli strukturlarının əməkdaşları laborator və instrumental diaqnostik testlərdən keçirilib, aşkar olunan fəsadlar üzrə zəruri müalicə kursları müəyyənləşdirilib.
Qeyd edək ki, şəxsi heyətin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və profilaktikası məqsədilə belə dispanser müayinələr FHN əməkdaşlarının xidməti fəaliyyətin effektivliyinin daim yüksək səviyyədə saxlanılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Emin Şirvanzadə

Mənbə: apa.az