Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlanıb

Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlanıb

Tarix: 01 Oct 2026 13:03

Oktyabrın 1-də dövlət ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) APA-ya verilən məlumata görə, 2026-2027-ci tədris ilində BŞTİ-nin tabeliyindəki 296 ümumi təhsil müəssisəsinin məktəbəhazırlıq qruplarına 17 622 uşaq qeydiyyatdan keçib.

Qeyd edilib ki, dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir.

Bildirilib ki, məktəbəhazırlıq qruplarında dərs məşğələləri “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət”dən ibarətdir. Onu da qeyd edək ki, məktəbhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

Günay Elşən Bakı məktəbəhazırlıq qrupları

Mənbə: apa.az

Xəbər Lenti