Britaniya Rusiyanın Arktik qazdaşıyan tankerlərinə sanksiya tətbiq edib

Britaniya Rusiyanın Arktik qazdaşıyan tankerlərinə sanksiya tətbiq edib

Tarix: 01 Oct 2026 15:02

Böyük Britaniya Rusiyanın mayeləşdirilmiş təbii qaz daşıyan 8 tankerinə qarşı sanksiya tətbiq edib.

APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin yenilənmiş sanksiya siyahısında məlumat verilib.

Siyahıya Rusiyanın yeni Arktik qazdaşıyan tankerləri – “Aleksey Kosıgin”, “Konstantin Posyet” və “Pyotr Stolıpin” də daxil edilib.

Bununla da Böyük Britaniyanın Rusiyanın LNG daşımaları ilə bağlı tətbiq etdiyi məhdudiyyətlərin əhatə dairəsi genişləndirilib.

İlqar Xudiyev Böyük Britaniya Rusiyaya qarşı sanksiya

Mənbə: apa.az

Xəbər Lenti