Gürcüstan hökuməti Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyini artırır

Gürcüstan hökuməti Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyini artırır

Tarix: 01 Oct 2026 16:08

Gələn il Gürcüstanın dövlət büdcəsindən Tbilisidə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi və Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan vəsait artırılacaq. APA-nın yerli bürosunun məlumatına görə, Gürcüstanın 2027-cı il üçün dövlət büdcəsinin ilkin layihəsinə əsasən, növbəti ildə muzeyə 84 min lari (təqribən 55 min AZN), teatra isə 422,2 min lari (276 min AZN) həcmində vəsait ayrılacaq.

Muzey və teatr üçün nəzərdə tutulan dövlət vəsaiti illik müqayisədə müvafiq olaraq 6 min lari və 45,2 min lari çoxdur.

Muzey vəsaitin 54 min larisini əməkhaqlarının ödənilməsinə sərf edəcək, 30 min larini isə qanunla icazə verilən xidmətlər əsasında əldə edə biləcək.

Teatr isə vəsaitin 390,4 min larisini maaşların ödənilməsinə yönəldəcək, qanunvericilik çərçivəsində xidmətlər əsasında 30,8 min lari həcmində gəlir əldə etmək hüququna malik olacaq. Digər xərclər üçün isə min lari məbləğində vəsaitin ayrılması nəzərə tutulub.

Qeyd edək ki, qanun layihəsi artıq Gürcüstan parlamentinə daxil olub.

Cəmilə Babayeva

Mənbə: apa.az

Xəbər Lenti