Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub

Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub

Tarix: 01 Oct 2026 18:58

Ukrayna Hərbi Hava Qüvvələri MiQ-29 qırıcısının döyüş tapşırığı zamanı vurulduğunu və pilotun həlak olduğunu açıqlayıb.

Bu barədə “RBK-Ukrayna” Ukrayna Hərbi Hava Qüvvələrinin açıqlamasına istinadən məlumat yayıb.

Bildirilib ki, oktyabrın 1-də 40-cı taktiki aviasiya briqadasının kapitanı, bölük komandiri Marat Mambetov döyüş tapşırığını yerinə yetirərkən həlak olub.

Məlumata görə, onun idarə etdiyi MiQ-29 qırıcısı raketlə vurulub. Pilot katapult etsə də, həyatını xilas etmək mümkün olmayıb.

İlqar Xudiyev Ukrayna MiQ-29 qırıcısı Rusiya

Mənbə: apa.az

Xəbər Lenti