Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndi Məhkəmə Kompleksində olub

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndi Məhkəmə Kompleksində olub

Tarix: 02 Oct 2026 10:38

Gürcüstan Ali Məhkəməsinin sədri Nino Kadagidzenin rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağa səfər edib.

Bu barədə APA-ya Məhkəmə-Hüquq Şurasından məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Xankəndi şəhərində olub, Xankəndi Məhkəmə Kompleksi ilə tanış olub. Kompleksə ziyarət qonaqların məhkəmə infrastrukturu ilə yerində tanış olmalarına imkan yaradıb.

Nümayəndə heyəti həmçinin Şuşa, Xocalı və Laçında olub.

Gürcüstan Ali Məhkəməsi Xankəndi Məhkəmə Kompleksi

Mənbə: apa.az

Xəbər Lenti