Cümə, 16 Oktyabr, 2026
Tarix: 04 Oct 2026 02:52
ABŞ Müdafiə Nazirliyi perspektivdə Silahlı Qüvvələrin ehtiyacları üçün Ay ətrafında sistemlərin istifadəsi və onların mümkün dəyərini araşdırır.
APA xəbər verir ki, bunu Pentaqon rəhbəri Pit Heqset Koloradoda çıxışı zamanı bildirib.
“Biz 5, 10, 15, 20 il sonranı nəzərdən keçiririk ki, hərbçilərə nələrin lazım olacağını anlayaq. Hansı Ay ətrafı sistemlər, kosmik sistemlər, yeraltı və sualtı sistemlər tələb olunacaq? Döyüş əməliyyatları necə aparılacaq? Bugünkü büdcəni sabahkı döyüşlərə necə hazırlamalıyıq?” – Heqset deyib.
ABŞ Pentaqon Pit Heqset kosmos
Mənbə: apa.az