Gürcüstan Baş naziri: TRIPP marşrutunu rəqib kimi nəzərdən keçirmirik

Gürcüstan Baş naziri: TRIPP marşrutunu rəqib kimi nəzərdən keçirmirik

Tarix: 04 Oct 2026 10:57

“Gürcüstan TRIPP marşrutunu rəqib kimi nəzərdən keçirmir”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi” telekanılın “Açıq efir” proqramında deyib.

Onun sözlərinə görə, səbəb Orta Dəhliz üzrə yük dövriyyəsi artmasıdır.

“2020-ci ildən bəri Orta Dəhliz üzrə yük dövriyyəsi yeddi dəfə artıb və bu da yeni infrastrukturun yaradılmasını zəruri edir. Hökumət məhz bu istiqamətdə fəal iş aparır”, - deyə, Baş nazir əlavə edib.

Kobaxidze qeyd edib ki, Gürcüstan TRIPP və ya hər hansı digər marşrutun ölkə ərazisindən keçən ənənəvi marşrutlar üçün ciddi təhlükə yaratdığını hesab etmir.

Cəmilə Babayeva Gürcüstanın Baş naziri İrakli Kobaxidze

Mənbə: apa.az

Xəbər Lenti