Kreml Avropa ölkələrini rəsmi Moskvanın xəbərdarlığına riayət etməyə çağırıb

Kreml Avropa ölkələrini rəsmi Moskvanın xəbərdarlığına riayət etməyə çağırıb

Tarix: 05 Oct 2026 13:41

Rusiya Xarici İşlər və Müdafiə Nazirlikləri Kiyevdə səfirliklərin fəaliyyət göstərməsinin təhlükələri barədə xəbərdarlıq edib, indi qərar ölkələrin özlərindən asılıdır.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov avropalı diplomatlarının Kiyevdəki mövcudluqlarının təhlükəsizliyi ilə bağlı xəbərdarlıqları qəsdən qulaqardına vurub-tutmadığına və potensial risklərə görə məsuliyyət daşıdığı ilə bağlı suala cavabında bildirib.

"Əlbəttə ki, bu doğrudur. Xüsusi hərbi əməliyyat davam edir və həqiqətən də Xarici İşlər Nazirliyimiz və Müdafiə Nazirliyimiz dəfələrlə müvafiq xəbərdarlıqlar ediblər. Qərar Kiyevdə diplomatik nümayəndəlikləri olan ölkələrin ixtiyarındadır. Ordumuz öz işini davam etdirir" Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Rusiya XİN şənbə günü xarici vətəndaşların və diplomatların Kiyevi tərk etməsini təkrar tövsiyə edib. Bildirilib ki, Rusiya Silahlı Qüvvələri Kiyevə kütləvi cavab zərbələri endirməyə davam edəcək və Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın əməkdaşları da daxil olmaqla, xarici vətəndaşlara Ukraynada qalmamaq və ya onun ərazisinə səyahət etməmək barədə xəbərdarlıq edir.

Fərid Əkbərov #Kreml #Avropa #Rusiya

Mənbə: apa.az

Xəbər Lenti