Lavrov: Taliban Əfqanıstanı uğurla idarə edir

Lavrov: Taliban Əfqanıstanı uğurla idarə edir

Tarix: 05 Oct 2026 12:52

"Talibanın rəhbərlik etdiyi Əfqanıstan hökuməti ölkə ərazisinə nəzarəti ələ keçirib və etiraf etmək lazımdır ki, onu kifayət qədər uğurla idarə edir".

APA-nın Rusiya müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Əfqanıstanla bağlı Moskva formatında görüşdə bildirib.

Onun sözlərinə görə, sərt sanksiyalara baxmayaraq Əfqanıstan iqtisadiyyatı artıb.

Lavrov Kabilə humanitar yardım göstərməyə davam edəcəklərini və növbəti partiyanın yaxın bir-iki ay ərzində Əfqanıstana çatacağını söyləyib.

Lavrov beş il əvvəl Amerika qoşunlarının Əfqanıstandan çıxarıldığını xatırladıb: "ABŞ-ın və onun NATO müttəfiqlərinin güclü hərbi maşını əfqanların döyüş ruhu və dözümlülüyü ilə qırılıb. İşğalçılar qaçmağa məcbur olublar."

Rusiya XİN başçısı həmçinin vurğulayıb ki, Əfqanıstanda və qonşu ölkələrdə NATO infrastrukturunun yerləşdirilməsi Moskva üçün qəbuledilməzdir.

Fərid Əkbərov #Lavrov #Taliban #Əfqanıstan

Mənbə: apa.az

Xəbər Lenti