2027-ci il üçün Rusiyanın hərbi xərci rekord həddə qaldırılıb: 205 mlrd. dollar müdafiəyə ayrılıb

2027-ci il üçün Rusiyanın hərbi xərci rekord həddə qaldırılıb: 205 mlrd. dollar müdafiəyə ayrılıb

Tarix: 05 Oct 2026 13:24

Rusiyada müdafiə xərcləri 2027-ci ildə rekord həddə qaldırılıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə federal büdcə layihəsində bildirilib.

Qeyd olunub ki, gələn ilin federal büdcəsində müdafiə xərcləri - 41% artırılaraq 17,15 trilyon rubla (205,4 mlrd ABŞ dolları) çatacaq.

Büdcədən sosial siyasət, mənzil və kommunal xidmətlər və səhiyyə üçün maliyyələşdirmə isə kəskin şəkildə azaldılacaq.

Fərid Əkbərov

Mənbə: apa.az

Xəbər Lenti