Dünya bazarlarında neft yenidən ucuzlaşmağa başlayıb

Tarix: 27.06.2024 09:08

İyunun 27-də ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 0,16 dollar və ya 0,21% azalaraq 1 barelə görə 85.07 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında 2024-cü ilin avqust ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,20 dollar və ya 0,25% azalaraq 80.70 dollara enib.

Xəbər Lenti