Azərbaycanda nağd valyuta satışı alışı 759 milyon dollar üstələyib

Azərbaycanda nağd valyuta satışı alışı 759 milyon dollar üstələyib

Tarix: 29 Oct 2026 10:30

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda mübadilə məntəqələrinin müştərilərdən nağd xarici valyuta alışı satışını 759 milyon ABŞ dolları üstələyib.

“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqlamasında bildirilib.

Yanvar-avqust aylarında bu fərq 673 milyon dollar təşkil edib. Beləliklə, açıqlanan göstəricilər əsasında sentyabrda nağd valyuta alışının satışını 86 milyon dollar üstələdiyi məlum olur.

AMB valyuta bazarında təklifin tələbi əhəmiyyətli dərəcədə üstələdiyini və bu şəraitdə valyuta alışları həyata keçirdiyini bildirib.

Bu ilin doqquz ayında Mərkəzi Bankın valyuta ehtiyatları 33,4% artaraq 15,4 milyard dollara yüksəlib.

Rahim Tarıverdiyev AMB valyuta dollar

Mənbə: apa.az

Xəbər Lenti