Cümə axşamı, 29 Oktyabr, 2026
Tarix: 29 Oct 2026 10:22
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana daxil olan və ölkədən göndərilən pul baratları arasındakı fərq 830,5 milyon ABŞ dolları təşkil edib.
“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqlamasında bildirilib.
İlkin məlumatlara görə, pul baratları üzrə müsbət saldo ötən ilin müvafiq dövrü ilə müqayisədə 70% artıb.
Qeyd edək ki, yanvar-avqust aylarında bu göstərici 751 milyon dollar olub. Beləliklə, doqquz aylıq müsbət saldo səkkiz aylıq göstəricidən 79,5 milyon dollar çoxdur.
Rahim TarıverdiyevMənbə: apa.az