Orta Dəhlizə yeni yüklərin cəlb olunması müzakirə edilib - FOTO

Tarix: 27.06.2024 13:18

Özbəkistanda səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov bu ölkənin Dəmir Yollarının sədri Zufar Narzullayev və Tacikistan Dəmir Yolllarının sədri Komil Mirzoali ilə həm ayrı-ayrılıqda, həm də üçtərəfli formatda görüş keçirib.

ADY-dən “APA-Economics”ə verilən məlumata görə, görüşdə dəmir yolu sahəsində sıx əməkdaşlıq, eyni zamanda Orta Asiya – Avropa – Orta Asiya və Çin – Avropa – Çin istiqamətləri üzrə yük dövriyyəsinin artırılması imkanları və bu imkanların dünya bazarında tanıdılmasının vacibliyi geniş müzakirə olunub.

Görüş zamanı dəmir yolu qurumlarının rəhbərləri Orta Dəhliz üzrə yükdaşımaların daha da artırılması və yeni yüklərin cəlb olunması məqsədilə rəqabətədavamlı və rəqəmsal xidmətlərin göstərilməsi üçün hazırda üzərində işlənilən layihələri müzakirə ediblər.

Görüşün sonunda tərəflər arasında əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Bundan əlavə, ADY nümayəndə heyəti işgüzar səfər çərçivəsində yerli logistika şirkətləri ilə təşkil olunmuş "Dəyirmi masa"da iştirak ediblər.

Xəbər Lenti