Dünya Bankı neftin orta qiymətləri üzrə göstəriciləri açıqlayıb

Dünya Bankı neftin orta qiymətləri üzrə göstəriciləri açıqlayıb

Tarix: 09 Oct 2026 12:00

Bu ilin sentyabr ayında dünya bazarlarında “Brent” etalon markalı neftin 1 barelinin orta qiyməti 116,8 ABŞ dolları səviyyəsində olub, bu da öncəki ayın göstəricisi (90,9 dollar) ilə müqayisədə 28,5% çoxdur.

Bu barədə “APA-Economics” Dünya Bankının əmtəə qiymətləri üzrə aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, cari ilin üçüncü rübündə dünya bazarlarında “Brent” etalon markalı neftin bir barelinin orta qiyməti 97,1 dollar təşkil edib, bu da ötən ilin müvafiq dövrünün göstəricisi (69 dollar) ilə müqayisədə 40,7% çoxdur.

Bank xatırladıb ki, 2025-ci ildə “Brent” neftinin orta qiyməti 69 dollar səviyyəsində olub, bu da 2024-cü ilin göstəricisi (80,7 dollar) ilə müqayisədə 14,5% azdır.

Məlumata görə, cari sentyabr ayında WTI (West Texas Intermediate) etalon markalı neftin 1 barelinin orta qiyməti 96,9 ABŞ dollarına bərabər olub, bu da öncəki ayın göstəricisi (82,7 dollar) ilə müqayisədə 17,2% çoxdur.

Qeyd olunub ki, bu ilin üçüncü rübündə dünya bazarlarında WTI neftinin bir barelinin orta qiyməti 86,3 dollar təşkil edib, bu da ötün ilin müvafiq dövrünün göstəricisi (65 dollar) ilə müqayisədə 32,8% çoxdur.

Bildirilib ki, ötən il WTI markalı neftin orta qiyməti 64,9 dollar təşkil edib, bu da öncəki ilin göstəricisi (75,8 dollar) ilə müqayisədə 14,4% azdır.

Emil İsmayılov Dünya Bankı Brent WTI neftin qiyməti

Mənbə: apa.az

Xəbər Lenti