Şənbə, 10 Oktyabr, 2026
Tarix: 09 Oct 2026 22:04
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə olmanın yuxarı yaş həddinin 45-dən 50-yə qaldırılması planlaşdırılır.
APA-nın Moskva bürosunun məlumatına görə, Rusiya hökuməti bununla bağlı Dövlət Dumasına qanun layihəsi təqdim edib.
Qanun layihəsində qadın hərbçilərin hərbi xidmətdə olmalarının maksimum yaş həddinin 50 yaş müəyyən edilməsi nəzərdə tutulur.
Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, müvafiq qanun layihəsi qadın hərbçilərin sosial müdafiə imkanlarının genişləndirilməsi məqsədilə hazırlanıb.
Fərid Əkbərov Rusiya qadın hərbçilər hərbi xidmət qanun layihəsi
Mənbə: apa.az