Türk dövlətləri arasında transfer olunan futbolçuların əcnəbi statusundan çıxarılması müzakirə olunur

Türk dövlətləri arasında transfer olunan futbolçuların əcnəbi statusundan çıxarılması müzakirə olunur

Tarix: 09 Oct 2026 20:41

Türk dövlətləri arasında transfer olunan futbolçuların əcnəbi statusundan çıxarılması müzakirə olunur.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Kürşad Zorlu məlumat verib.

O bildirib ki, Türk dövlətləri arasında futbol əlaqələrinin gücləndirilməsi məqsədilə iki ildən bir “Türk Kuboku” adlı ortaq futbol turnirinin keçirilməsi planlaşdırılır.

Bununla yanaşı, Türk dövlətləri arasında transfer olunan futbolçuların əcnəbi oyunçu statusundan çıxarılması istiqamətində də işlərə başlanacaq. Bu təşəbbüslər müvafiq nazirliklərlə birgə həyata keçiriləcək.

Dəryanur Cəfərova

Mənbə: apa.az

Xəbər Lenti