Belqorod vilayətində PUA hücumu nəticəsində iki nəfər ölüb

Belqorod vilayətində PUA hücumu nəticəsində iki nəfər ölüb

Tarix: 09 Oct 2026 23:48

Rusiyanın Belqorod vilayətində pilotsuz uçuş aparatının (PUA) avtomobilə zərbə endirməsi nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə vilayətin operativ qərargahı “Max” platformasında məlumat yayıb.

Bildirilib ki, hadisə Belqorod dairəsinin Yasnıye Zori kəndində baş verib. Rusiya tərəfinin məlumatına görə, Ukraynaya məxsus FPV tipli pilotsuz uçuş aparatı avtomobili hədəfə alıb.

Zərbə nəticəsində iki kişi aldıqları xəsarətlərdən hadisə yerində həyatını itirib. Daha iki yaralı təcili tibbi yardım briqadası tərəfindən vilayət klinik xəstəxanasına çatdırılıb.

Məlumata əsasən, yaralılardan birinin baldır nahiyəsində qəlpə yarası, digərinin isə baş, üz və döş qəfəsində qəlpə yaraları və yanıqlar aşkarlanıb.

Rusiya Belqorod Ukrayna PUA hücumu

Mənbə: apa.az

Xəbər Lenti