Keniya təmsilçisi: Qarabağda aparılan quruculuq işləri insanlara ümid verir

Keniya təmsilçisi: Qarabağda aparılan quruculuq işləri insanlara ümid verir

Tarix: 09 Oct 2026 16:22

Qarabağda aparılan bərpa işləri insanlara yenidən ümid verir.

APA xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində keçirilən IV beynəlxalq konfransın iştirakçısı Keniya Milli Polis Xidmətinin İnzibati Polis Xidməti üzrə Baş müfəttişinin müavini Gilbert Masengeli Şuşada jurnalistlərə açıqıamsında deyib.

O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa işlərinin və doğma yurdlarından köçkün düşmüş ailələrə göstərilən dəstəyin əhəmiyyətini vurğulayıb.

Gilbert Masengeli qüyd edib ki, Azərbaycan hökumətinin bölgənin əvvəlki vəziyyətinə qaytarılması istiqamətində gördüyü işlər və köçkün ailələrə göstərdiyi dəstək insanlarda yenidən ümid yaradır:

“Azərbaycan hökumətinin bu ərazini əvvəlki vəziyyətinə qaytarmaq üçün bərpa işlərinə başlaması və doğma yurdlarından köçkün düşmüş ailələrə dəstək göstərməsi müsbət haldır. Bu, həmin ailələrə yenidən ümid verir və onların həyata qayıtmasına imkan yaradır. Biz itkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqunda iştirak etmək üçün Azərbaycana gəlmişik. Burada əldə etdiyimiz təcrübə, eləcə də Keniyada yaşadığımız təcrübə olduqca əhəmiyyətlidir. Bu, hamımızı bir araya gətirmək və itkin düşmüş şəxslərin ailələrinin yaxınlarını tapmasına kömək etmək üçün yollar axtarmağa imkan yaradır. Çünki həqiqət üzə çıxarılmadan buna nail olmaq mümkün deyil”.

Elgün Gəncimsoy İtkinlər “Bakı Dialoqu” IV beynəlxalq konfrans Keniya

Mənbə: apa.az

Xəbər Lenti