Prezident Məhərrəm Əliyevi vəzifəsindən azad etdi - Yeni təyinat

Tarix: 09 Dec 2023 12:01

Prezident İlham Əliyev general-polkovnik Məhərrəm Əliyevlə bağlı Sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, Sərəncama əsasən, Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib.

***

Prezidentin digər Sərəncamı ilə Məhərrəm Əliyev Azərbaycanın Belarusda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Xəbər Lenti