Şənbə, 10 Oktyabr, 2026
Tarix: 09 Oct 2026 19:06
Ya Beynəlxalq Cinayət Məhkəməsi öz təhdidlərinə son qoyacaq, ya da biz Beynəlxalq Cinayət Məhkəməsinə son qoyacağıq.
APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
O, ABŞ-ın müttəfiqlərinə bu qurumla mübarizə aparmaqla bağlı çağırış edib.
“BCM-in üzvü olan və müdafiə üçün ABŞ hərbçilərinə arxalanan müttəfiqlərimizin bu məhkəməni cilovlamasını gözləyirik. Onlar bunu etməsələr, ABŞ BCM-i sıradan çıxarmaqla bağlı kampaniyasını davam etdirəcək”, - Rubio vurğulayıb.
Qeyd edək ki, ABŞ bu gün BCM-ə sanksiya tətbiq edib.
Marko Rubio Beynəlxalq Cinayət Məhkəməsi ABŞ dövlət katibiMənbə: apa.az