İzmirdə meşə yanğını başlayıb

Tarix: 27.06.2024 19:58

İzmirin Bornova rayonunda meşəlik ərazidə yanğın baş verib.

APA TRT Haber-ə istinadən xəbər verir ki, xəbərdarlıq əsasında bölgəyə 2 təyyarə, 2 helikopter, 5 su tankeri, 1 su təchizatı maşını göndərilib.

"Hazırda yanğını nəzarət altına almaq üçün işlər davam etdirilir", - deyə məlumatda qeyd edilib.

Xəbər Lenti