Çərşənbə axşamı, 2 Dekabr, 2025
Tarix: 28.06.2024 02:10
Estoniyanın baş naziri Kaya Kallas Avropa İttifaqı diplomatiyasının rəhbəri təyin edilib.
APA xəbər verir ki, Estoniyanın baş naziri Kaya Kallas Avropa İttifaqı diplomatiyasının rəhbəri təyin edilib.
Bu barədə Avropa İttifaqının Brüsseldə keçirilən sammiti çərçivəsində orada iştirak edən avropalı diplomatlar jurnalistlərə bildiriblər.
Avropa Parlamenti iyulda keçiriləcək plenar iclasda Avropa Şurasının təyin etdiyi namizədləri səsverməyə çıxarmalı olavaq və bundan sonra şuranın qərarları qüvvəyə minəcək. Kallas oktyabrda, vəzifəsinin icrasına başlaya biləcək.
Avropa Komissiyasının xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Fon der Leyen sentyabrda Avropa Komissiyasının yeni tərkibini təqdim edəcək.