İcraatı dayandırılan və uzun müddət məhkəmə baxışında olan cinayət işləri müzakirə olunub

Tarix: 28.06.2024 11:07

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Məhkəmə- Hüquq Şurasından APA-ya verilən xəbərə görə, şurasının sədri İnam Kərimov ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi və müasir çağrışlara uyğun təkmilləşdirilməsi, məhkəmələrin fəaliyyətinin daha optimal şəkildə qurulması məqsədilə görülmüş işlər barədə məlumat verib.

İclasda məhkəmə fəaliyyətinin ayrı-ayrı istiqamətləri, o cümlədən icraatı dayandırılan və uzun müddət məhkəmə baxışında olan cinayət işləri ilə bağlı Baş Prokurorluğun nümayəndələrinin iştirakı ilə məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

Həmçinin iclasda cari məsələlərə, o cümlədən Hakimlərin Seçki Komitəsinə üzv təyin edilməsi, bəzi birinci instansiya məhkəmələrinə hakim ştatlarının paylanılması məsələlərinə baxılıb.

İclasda intizam icraatı üzrə işlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.

Xəbər Lenti