- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 28.06.2024 12:17
Xidməti parklanma yerində ödəniş saxlaycaq subyektlərin əhatə dairəsinin genişləndirilir.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişikliklərin üçüncü oxunuşda müzakirəsi zamanı deputat Kamal Cəfərov deyib.
Deputat bildirib ki, həm ikinci oxunuş zamanı, həm də zamanda sizlərdən işçi qaydada da təkliflər daxil olmuşdu: “Bu barədə qanunvericilik təşəbbüsü subyektinin nümayəndəsi ilə müzakirəmizdən sonra bir sıra təkliflər qanun layihəsində öz əksini tapıb. Birinci təklif xidməti parklanma yerində ödəniş saxlaycaq subyektlərin əhatə dairəsinin genişləndirilməsi ilə bağlıdır. Təklif edilir ki, diplomatik nümayəndəlik və konsulluqların, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların, habelə onların diplomatik personalı xidməti parklanma hüququndan istifadə edə bilsin. İkinci təklif isə skuterlərin hərəkətinə dair tələblərlə bağlıdır. Burada da “sükanı tutmadan hərəkət etmək” sözünün əvvəlinə “sükanı olduğu halda” sözlərinin əlavə edilməsi təklif edilir. Üçüncü təklif isə uyğunlaşdırma xarakterlidir. 45-2 maddənin 6-ci bəndiində müvafiq icra hakimiyyəti orqanın sözündən sonra müəyyən etdiyi qurum sözünün əlavə edilməsi təklif edilir”.