- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 28.06.2024 15:09
Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal olunan, 32 il sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid Əsgərov Əhliman Vahid oğlunun qalıqları ailəsinə təhvil verilib.
APA-nın qərb bürosu xəbər verir ki, şəhid Əhliman Əsgərovun qalıqları bu gün Şəmkir rayonunun Mehirli kəndinə, ailəsinin yaşadığı evə gətirilib.
Şəhidlə vida mərsimi keçrilib.
Daha sonra şəhidin qalıqları kənd qəbirstanlığında torpağa tapşırılıb, yaylım atəşi açılıb.
Dəfn mərasimində Şəmkir rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərliyi, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştrak edib.
Əsgərov Əhliman Vahid oğlu 1972-ci ildə Şəmkir rayonunun Seyfəli kəndində (indiki Mehrili kəndi) anadan olub. 1990-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Birinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşüb.
1992-ci ildə ona Şəhid statusu verilib. Şəhid Əhliman Əsgərovun Bakıda Şəhidlər xiyabanında naməlum əsgər kimi dəfn olunduğu məlum olub və kimliyi müəyyən edilib.