Bazar, 11 Oktyabr, 2026
Tarix: 11 Oct 2026 09:06
Rusiyanın Vladimir şəhərində “Yandex” şirkətinə məxsus məlumat mərkəzi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
APA UNIAN-a istinadən xəbər verir ki, hücum nəticəsində mərkəzdə yanğın baş verib və onun fəaliyyəti tam dayandırılıb.
“Astra” nəşrinin məlumatına görə, oktyabrın 11-nə keçən gecə şəhər sakinləri PUA hücumu barədə məlumat yayıblar. Saat 04:00 radələrində “Yandex” şirkəti elektrik təchizatında problem yarandığını və xidmətlərində genişmiqyaslı nasazlıq baş verdiyini açıqlayıb.
Şirkətin məlumatına görə, hadisə nəticəsində 80-dən çox xidmətin fəaliyyəti dayanıb. Bunların arasında “Yandex Music”, “Yandex Home”, “Telemost” və “Yandex Cloud” xidmətləri də var.
Rusiyanın müxtəlif bölgələrində istifadəçilər tətbiqlərin işləməməsindən şikayət ediblər. Rostovda “Yandex Taxi” xidmətində də problemlər yaranıb.
Qeyd edək ki, son günlər Rusiyada “Yandex” şirkətinin digər məlumat mərkəzləri də PUA hücumlarına məruz qalıb. Oktyabrın 9-da Kaluqada yerləşən mərkəzin infrastrukturu zədələnib. Bundan əvvəl isə Ryazan vilayətinin Sasovo şəhərindəki məlumat mərkəzinin fəaliyyəti dayandırılıb.
Rusiya Yandex Vladimir PUA hücumu Ukrayna məlumat mərkəzi Yandex Cloud Yandex Taxi kiberxidmətlər texnologiya yanğın internet xidmətləri
Mənbə: apa.az