Ər-Riyadda raket hücumlarına baxmayaraq, beynəlxalq tədbirlər keçiriləcək

Ər-Riyadda raket hücumlarına baxmayaraq, beynəlxalq tədbirlər keçiriləcək

Tarix: 11 Oct 2026 09:55

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda hava limanına raket hücumlarına baxmayaraq, iki böyük beynəlxalq konfransın keçirilməsi planı dəyişməyib.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə tədbirlərin təşkilatçıları məlumat yayıblar.

Bildirilib ki, oktyabrın 11-15-də Dünya Neft Konqresi, oktyabrın 26-29-da isə Gələcək İnvestisiya Təşəbbüsü (FII) konfransı keçiriləcək.

Təşkilatçılar iştirakçıların təhlükəsizliyinin təmin olunacağını açıqlayıblar. Hava limanlarında, konfrans mərkəzlərində və otellərdə əlavə təhlükəsizlik tədbirləri nəzərdə tutulub.

Ər-Riyad hava limanına son hücumlar nəticəsində aviareyslərdə ciddi problemlər yaranıb. Böyük Britaniya, Fransa və Almaniya vətəndaşlarına Ər-Riyada səfər etməməyi tövsiyə edib.

İtaliyanın energetika naziri Cilberto Piketto Fratin təhlükəsizlik səbəbindən tədbirə videobağlantı vasitəsilə qatılacağını bildirib.

Almaniyanın “Lufthansa” aviaşirkəti oktyabrın 16-dək Ər-Riyada uçuşları dayandırıb. “Etihad Airways” və “Flydubai” də bəzi reysləri ləğv edib.

Qeyd edək ki, Yəməndəki husilər Səudiyyə Ərəbistanının hava məkanını hərbi əməliyyat zonası elan ediblər. Səudiyyə Ərəbistanı isə husilərin raket mövqelərinə cavab zərbələri endirib.

Səudiyyə Ərəbistanı Ər-Riyad raket hücumu husilər Yəmən Dünya Neft Konqresi Gələcək İnvestisiya Təşəbbüsü FII hava limanı aviareyslər təhlükəsizlik beynəlxalq konfrans investisiya

Mənbə: apa.az

Xəbər Lenti