Emin Əmrullayev mərakeşli həmkarı ilə görüşüb

Tarix: 17 Feb 2026 10:40

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Mərakeş Krallığına səfəri çərçivəsində bu ölkənin milli təhsil, məktəbəqədər və idman naziri Mohamed Saad Berrada ilə görüş keçirilib.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Görüş çərçivəsində iki ölkə arasında məktəbəqədər və ümumi təhsil, eləcə də STEAM təhsili sahəsində cari əməkdaşlıq və yaxın gələcəkdə keçirilməsi nəzərdə tutulan təşəbbüslər barədə ətraflı müzakirə aparılıb.

Gülcahan İmanqızı Elm və Təhsil Nazirliyi Emin Əmrullayev

Xəbər Lenti