- Çərşənbə axşamı, 24 Dekabr, 2024
Tarix: 29.06.2024 12:07
Azərbaycanın cari əməliyyatlar balansı (CƏB) qarşıdakı 10 il ərzində profisitli olacaq.
"APA-Economics" xəbər verir ki, bu barədə "Fitch Group"a aid olan "Fitch Solutions" (FS) şirkətinin Azərbaycan üzrə proqnozunda bildirilib.
FS 2024-cü il üzrə CƏB-in ÜDM-də payını 23,7%, 2025-cü il üzrə isə 21%, 2026-cı il üzrə 17,7% proqnozlaşdırıb. "Fitch Solutions" 2030-cü ilə kimi CƏB-in profistinin 10%-dın yuxarı olacağını müəyyən edib. FS-nin analitikləri hesab edir ki, 2031-ci ildə CƏB-in profisiti 7,3%, 2032-ci ildə 4,9%, 2033-cü ildə isə 2,7% təşkil edəcək.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının açıqlamasına görə, 2024-cü ilin I rübündə tədiyə balansının cari əməliyyatlar hesabındakı profisitin ümumi daxili məhsula (ÜDM) nisbəti 10.1% təşkil edib.