- Çərşənbə axşamı, 24 Dekabr, 2024
Tarix: 29.06.2024 13:57
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın yaşıl keçid prosesinə töhfəsini davam etdirəcək.
"APA-Economics" xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava deyib.
"Mən Azərbaycanda heyranedici Qaradağ Günəş Elektrik Stansiyasında oldum. Bu 230 meqavatlıq günəş stansiyası hökumətin 2030-cu ilə qədər ölkənin enerji kompleksində bərpa olunan enerji mənbələrinin payını 30%-ə çatdırmaq məqsədini dəstəkləyir. Mən AİB-in digər tərəfdaşları ilə bu layihəyə sərmayə qoymasından qürur duyuram və AİB-in əməkdaşlığını və Azərbaycanın yaşıl keçid prosesinə töhfəsini davam etdirməyi səbirsizliklə gözləyirəm" - Masatsuqu Asakava əlavə edib.