Çərşənbə, 14 Oktyabr, 2026
Tarix: 12 Oct 2026 16:42
Ucarda sərnişin avtobusu yanıb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olar "İkarus" markalı sərnişin avtobusu anidən alışaraq yanıb. Hadisə nəticəsində Bakı istiqamətində avtomobillərin hərəkəti bir müddət məhdudlaşdırılıb.
Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. Yanğın söndürülüb, yolda hərəkət bərpa olunub.
Hadisə zamanı xəsarət alan olmayıb.
Fakt araşdırılır.
Zahid Abışov Ucar Bakı-Qazax yolu sərnişin avtobusu yanğın





Mənbə: apa.az