Çərşənbə axşamı, 13 Oktyabr, 2026
Tarix: 13 Oct 2026 11:32
Azərbaycan və Laosun hakim partiyaları da sıx əməkdaşlıq edir.
APA-nın əməkdaşı xəbər verir ki, bunu Prezident İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə birgə mətbuata bəyanatlarında deyib.
Dövlət başçısı bildirib ki, siyasi sahədə əməkdaşlıqlar uğurla inkişaf edir: “Biz eyni mənzərəni iqtisadi sahədə də görmək istərdik. İqtisadi sahədə ticarət dövriyyəsi bizim potensialımızı əks etdirmir. Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz bu layihələrə baxa bilərik. Azərbaycanın xaricə investisiya qoyuluşu ildən-ilə genişlənir. Milyonlarla dollar həcmində olan sərmayələr qarşı tərəf üçün də fayda verir, yeni iş yerləri yaradılır”.
Firuzə VahidMənbə: apa.az