Cümə axşamı, 15 Oktyabr, 2026
Tarix: 13 Oct 2026 13:49
Kremlin ABŞ-ın Ukraynaya kəşfiyyat məlumatı verməkdən imtina etməsi barədə heç bir məlumatı yoxdur.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Biz bu barədə heç nə bilmirik", - deyə o vurğulayıb.
Qeyd edək ki, "Politico" nəşri ABŞ prezidenti Donald Trampın Kiyevi kəşfiyyat məlumatlarında məhrum edə və ya Elon Maska Ukrayna ordusu üçün Starlink-i söndürməsi üçün təzyiq göstərə biləcəyini yazıb. Bunun Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya ilə ABŞ arasında dizel razılaşmasını tənqid etməsi ilə əlaqəli olduğu bildirilib.
Fərid Əkbərov #Kreml #ABŞ #Ukrayna #ZelenskiMənbə: apa.az