XİN rəhbəri: Almaniya Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişi dəstəkləyir

XİN rəhbəri: Almaniya Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişi dəstəkləyir

Tarix: 13 Oct 2026 15:28

Almaniya Ermənistanın Azərbaycanla sülh prosesində irəliləyişini və Türkiyə ilə sərhədin açılmasını dəstəkləyir.

APA xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdən sonra “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.

Nazir Azərbaycanla sülhə doğru irəliləyişin və Türkiyə ilə sərhədin tezliklə açılmasının regional sabitlik üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

İlqar Xudiyev Almaniya Azərbaycan Ermənistan Türkiyə

Mənbə: apa.az

Xəbər Lenti