Çərşənbə axşamı, 2 Dekabr, 2025
Tarix: 30.06.2024 19:09
Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları Yəmənin Moha liman şəhəri istiqamətində Qırmızı dənizdə insident qeydə alıb.
APA xəbər verir ki, bu barədə məlumat X-də (keçmiş Twitter) yerləşdirilib.
Lakin təfərrüatlar verilməyib.
Qəzza zolağında Fələstin-İsrail qarşıdurmasının kəskinləşməsindən sonra Yəmənin Ənsar Allah üsyançı hərəkatı İsrail ərazisinə zərbələr endirəcəyini açıqlayıb. Eyni zamanda bildiriblər ki, Fələstin anklavında əməliyyat dayandırılana qədər əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndeb boğazı sularından keçməsinə icazə verməyəcək.
Ötən il noyabrın ortalarından husilər Qırmızı dəniz və Ədən körfəzində mülki gəmilərə hücum edir.