Fransada parlament seçkilərinin birinci turunda Makronun rəhbərlik etdiyi koalisiya üçüncüdür

Tarix: 30.06.2024 22:18

Fransada növbədənkənar parlament seçkilərinin birinci turunda sağçı Milli Birlik partiyası liderlik edir.

APA xəbər verir ki, bu barədə “BFM TV” telekanalı məlumat yayıb.

Beləliklə, “Milli Birlik” partiyası 33% səslə liderdir. Solçu “Yeni Xalq Cəbhəsi” alyansı 28,5% səslə ikinci sırada qərarlaşıb. “Respublika naminə birlik” prezident koalisiyası isə 22% səslə üçüncüdür.

Xəbər Lenti